[b]“Yuventus”un hücumçusu “Fiorentina” yolunda[/b]
30.07.2018 - 23:06
[b]“Yuventus”un hücumçusu “Fiorentina” yolunda[/b]

Xorvatiyalı futbolçu Marko Pyatsa “Yuventus”dan ayrılmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bunu futbolçunun agenti açıqlayıb.

 

O bildirib ki, hücumçu İtaliyanın digər klubu “Fiorentina”ya keçmək niyyətindədi. Agent Turin təmsilçisinin də bu keçidə razılıq verəcəyinə ümid etdiyini gizlətməyib.

 

Qeyd edək ki, Marko ötən mövsümün ikinci yarısında “Şalke”də icarədə olub və 9 matçda 2 qol vurub.

0