[b]“Zirə” ilk yoxlama oyununda qalib gəldi[/b]
08.07.2018 - 12:21
Növbəti mövsümün hazırlığını davam etdirən “Zirə” ilk yoxlama oyununu keçirib. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar əvəzediciləri ilə qarşılaşıb.
Oyun əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Aleksandr Dedov və Kamal Mirzəyev vurublar.
Qeyd edək ki, iyulun 14-də “Sabah”la qarşılaşmağı planlaşdıran “Zirə” ayın 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.
0
0