[b]“Zirə”dən böyükhesablı qələbə[/b]
30.07.2018 - 19:16
[b]“Zirə”dən böyükhesablı qələbə[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri İranın “Traktorsazi” klubunun U-23 komandası ilə görüşüb.

 

Təmsilçimiz bu matçdan böyükhesablı qələbə ilə ayrılıb – 3:0. “Zirə”nin qollarına İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov imza atıb.

 

Qeyd edək ki, bundan əvvəl “Girəsunspor” (0:0) və “Əl-Xaritiyah”la (1:1) bərabərliklə ayrılan zirəlilər “Osmanlıspor”a qalib gəlib – 1:0.

0