[b]Çingiz Hüseynzadə Ramil Quliyevin məsələsi ilə bağlı mətbuat konfransı keçirəcək[/b]
11.08.2017 - 17:02
[b]Çingiz Hüseynzadə Ramil Quliyevin məsələsi ilə bağlı mətbuat konfransı keçirəcək[/b]

Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə mətbuat konfransı keçirəcək. AAF-dan apasport.az saytına verilən məlumata görə, qurum rəhbəri Londonda dünya çempionu tituluna yiyələnən Ramil Quliyevlə bağlı məsələyə aydınlıq gətiriləcək.

 

Tədbir avqustun 15-də saat 14:00-da Milli Olimpiya Komitəsinin inzibati binasında keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan millisini Türkiyə yığmasına dəyişən Quliyev bir gün öncə “ay-ulduzlular”a mundialda ilk qızıl medalı qazandırıb. 

0