Ramil Quliyev bu dəfə üçüncü oldu
16.06.2018 - 13:16
Ramil Quliyev bu dəfə üçüncü oldu

Çexiyada atletika üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev də iştirak edib.

 

Həmyerlimiz dünya çempionu olduğu 200 m məsafəyə qaçışda 3-cü yeri tutub. O, finiş xəttinə 20,09 saniyəyə çatıb. Birinci yeri isə əsas rəqibi kanadalı Aaron Braun tutub – 20,05 saniyə. 

0