[b]İngiltərədə 1254 xuliqana mundial qadağası qoyuldu[/b]
13.06.2018 - 18:48
[b]İngiltərədə 1254 xuliqana mundial qadağası qoyuldu[/b]

İngiltərə hökuməti problemli azarkeşlərin dünya çempionatına yollanmasını istəmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbol matçlarına girişinə qadağan olunan 1312 xuliqandan 1254-nün pasportu müvəqqəti olaraq əlindən alınıb.

Xüsusi əməliyyatın davam etdiyi və yaxın günlərdə digər xuliqanların da bənzər formada cəzalandırılacağı gözlənilir.

“Dünya kuboku futbol bayramıdı. Orda şiddətə yer yoxdu” – deyə, daxili işlərinin nazirinin müavini Nik Herd bildirib.

Sözügedən azarkeşlərin dünya çempionatı boyunca ölkəni tərk etmələrinə icazə verilməyəcək.

0