20 Noyabr 12:42 17 illik antirekord yeniləndi
FUTBOL xəbərləri 20 Noyabr 12:42
365 baxış

17 illik antirekord yeniləndi

“Keşlə” klubu antirekorda imza atıb. Apasport.az saytı xəbər verir ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda tarixində ilk dəfə ardıcıl 6 çempionat matçında məğlubiyyət alıb.

 

Bu yeni antirekord Premyer Liqanın XII turunda rəsmiləşib. Öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 6-cı dəfə meydanı xalsız tərk edib. Sonuncu xalını “İnter” adlandığı vaxt “Zirə” ilə səfər matçında qazanan komanda sentyabrın 23-dəki 1:1 hesablı bərabərlikdən sonra xal üzünə həsrətdi.

 

Bu müddətdə “Neftçi” və “Qarabağ”a 0:2, “Səbail”ə 0:1, “Kəpəz”ə 0:2 və “Sumqayıt”a 1:3 hesabı ilə uduzan keşləlilər uğursuz seriyanı “Zirə” ilə matçda da davam etdiriblər.

 

Bunadək 20 yaşlı klubun Premyer Liqa tarixindəki ən uzun məğlubiyyət seriyası 5-ə bərabər idi. Bakılılar 1999/2000 mövsümündə “Xəzər Universiteti” adı ilə ardıcıl 5 dəfə yenilmişdi. 2000-ci ilə təsadüf edən seriya 17 ildən sonra yeni antirekordla geridə qaldı.

Xəbər lenti