19 May 18:08 25 çempionat, 8 çempion
FUTBOL xəbərləri 19 May 18:08
284 baxış

25 çempionat, 8 çempion

Futzal üzrə ölkə çempionatında növbəti mövsümə yekun vurulub. Apasport.az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Araz” 13-cü çempionluğunu qeyd edib.

 

Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkənin ən güclüsü olub. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir.

 

İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb. 


Qeyd edək ki, bu, sayca 25-ci ölkə çempionatıdı. Bu müddətdə 8 komanda qızıl medal qazanıb. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odu ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:


1993 “Nicat” (Bakı)
1994/95 “Azadə”
1995/96 “Avtomobilçi”
1996/97 “Avtomobilçi”
1997/98 “Avtomobilçi”
1998/99 “Azərneftyanacağ”
1999/00 “Azərneftyanacağ”
2000/01 “Turan AIR”
2001/02 “Turan AIR”
2002/03 “Tribut”
2003/04 “Turan AIR”
2004/05 “Araz”
2005/06 “Araz”
2006/07 “Araz”
2007/08 “Araz”
2008/09 “Araz”
2009/10 “Araz”
2010/11 “Araz”
2011/12 “Araz”
2012/13 “Araz”
2013/14 “Araz”
2014/15 “Khazar Islands”
2015/16 “Araz”
2016/17 “Araz”
2017/18 “Araz”

 

Xəbər lenti