"Eyüpspor" Lanzini ilə danışıqlara başlayıb
26.04.2024 - 15:21
"Eyüpspor" Lanzini ilə danışıqlara başlayıb

Yeni mövsümdə Super Liqada mübarizə aparacaq "Eyüpspor" ilk ulduz transferi üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, klub Manuel Lanzini ilə danışıqlara başlayıb.

Danışıqlar istənilən səviyyəyə çatsa, İstanbul komandası argentinalı ulduzla müqavilə imzalayacaq.

7 illik "Vest Hem" macərasından sonra "River Plate"ə qayıdan Manuel Lanzininin müqaviləsi mövsümün sonunda başa çatacaq.

Bu mövsüm 5 matçda meydana çıxan Lanzini 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0