[b]Banişevskinin xatirə turnirinin qalibi müəyyənləşdi[/b]
23.02.2018 - 18:03
[b]Banişevskinin xatirə turnirinin qalibi müəyyənləşdi[/b]

“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin 72-ci ildönümünə həsr olunmuş turnir keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün turnirin final matçı keçirilib.

 

Belə ki, AFFA, MOK, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilən yarışın həlledici görüşündə “Ələt”lə “Qobustan” qarşılaşıb. Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Çempion komandadan Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub.
 

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.

0