10 Dekabr 20:25 “Bəlkə də ən düzgün olan odu” – “Zirə”nin  legioneri
FUTBOL xəbərləri 10 Dekabr 20:25
2127 baxış

“Bəlkə də ən düzgün olan odu” – “Zirə”nin legioneri

“Neftçi” ilə oyunda komandasının qələbə qolunu vuran “Zirə”nin legioneri David Manqa matçdan sonra apasport.az saytının əməkdaşının suallarını da cavablandırıb.

 

- Uzun müddət sonra qol vurdunuz. Nə deyə bilərsiz?

- Komandaya qələbə qazanmaqda kömək etdiyim üçün çox məmnunam. Ancaq unutmayaq ki, qarşıda hələ növbəti oyun var. Növbəti mərhələyə keçmək haqqında düşünürük.

 

- Bu hesab növbəti mərhələ üçün kifayət edəcək?

- Əsas məsələ qələbə qazanmaqdır. İkinci oyunda da bunu bacaracağımıza inanıram.

 

- Meydana az-az çıxırsınız. Səbəbi nədi bunun?

- Baş məşqçinin qərarı belədi. Bəlkə də ən düzgün olan odur ki, ehtiyatdan çıxım oyuna.

 

- Qışda komandadan gedəcəyiniz haqqında məlumatlar dolaşır...

- Hələ ki, “Zirə”nin oyunçusuyam. Müqaviləm davam edir, bu barədə danışmaq üçün tezdi.

 

- Özünüz burda qalmaqda maraqlısınız?

- Komandaya adaptasiya mərhələsini yaxşı keçə bilmədim, burdakı karyerama yaxşı başlamadım. Sonradan geri dönüş etmək isə zaman alır.

Xəbər lenti