[b]“Bizə qarşı hamı ikiqat əzmlə oynayır” – Riçard Almeyda[/b]
25.02.2018 - 21:06
[b]“Bizə qarşı hamı ikiqat əzmlə oynayır” – Riçard Almeyda[/b]

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda “Kəpəz”lə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Çox çətin qələbə qazandınız...

- Rəqib bütün komanda ilə müdafiə olunduğu üçün çətin oyun alındı. Əsasən əks hücumlara bel bağlamışdılar. Biz də səbrlə oynayıb, öz şansımızı gözləyirdik. Əsas məsələ 3 xal idi ki, onu da qazandıq.

 

- Qolu kim vurdu, siz, ya Mahir? Əgər siz vurmusunuzsa, Mahirə bağışlaya bilərsiz? Çünki o, bombardirlik üçün yarışır...

- Özüm də konkret bilmirəm, Mahir vurdu, ya mən. Elə də böyük fərq eləmir mənim üçün. O vurubsa, təbrik edirəm. Əsas məsələ qələbə qazanmaq idi.

 

- Deyirsiz ki, əsas məsələ 3 xaldı. Bəs niyə fasilədən sonra qələbəni çətinliklə qazanırsız?

- Çünki bütün komandalar taktiki cəhətdən artırıblar. “Qarabağ”a qarşı isə hamı ikiqat əzmlə oynayır. Ona görə də bizim üçün qol vəziyyəti yaratmaq çox çətindi. Amma onların səhv edəcəyini gözləyirik.

 

- Komanda ikinci dövrədə 3 oyuna cəmi 2 qol vurub. Buna əsas səbəb kimi Dino Ndlovunun gedişini göstərmək olar?

- Yenə eyni sual... Dino olanda da biz bəzi qol vəziyyətlərini əldən verirdik. İndi heyətimizdə Mahir, Ramil kimi hücumçular var, onlara güvənməliyik.

 

- Artıq “Qəbələ” ilə xal fərqi 9-a çatıb. Çempionluq yolunun hamar olduğunu düşünmək olarmı?

- Təbii ki, hələ ki, arxayınlaşmaq olmaz. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Təbii ki, hədəfimiz çempionluqdu, amma addım-addım yaxınlaşmaq lazımdı.

0