22 Avqust 22:00 "Bizi ağır oyun gözləyir" - Qurban Qurbanov
FUTBOL xəbərləri 22 Avqust 22:00
3355 baxış

"Bizi ağır oyun gözləyir" - Qurban Qurbanov

"Birinci oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. Rəqib ilk dəqiqələrdən pressinq tətbiq edəcək". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah "Kopenhagen"in qonağı olacaq.

 

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov öz fikirlərini bildirib. O, sabah komandasını çətin görüş gözlədiyini etiraf edib: "Bu oyunda daha çox güc sərf etməliyik. Rəqib komanda azarkeşlərinin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

 

Qeyd edək ki, bu komandaların Bakıda baş tutan ilk duelində "Qarabağ" 1:0 hesablı qələbəyə sevinib. 

Xəbər lenti