[b]"Çelsi" tarixində ilk dəfə...[/b]
21.02.2018 - 00:48
[b]"Çelsi" tarixində ilk dəfə...[/b]

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində "Barselona"nı qəbul edən "Çelsi"nin start heyətində ingilis futbolçu yoxdu. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, "zadəganlar"ın tarixində ilkdi. 

 

Belə ki, London təmsilçisi birinci dəfədi ki, ÇL-in pley-off mərhələsində meydana yerli futbolçu olmadan çıxıb. Uşaq yaşlarından İngiltərəyə köçən Viktor Mozes də sonradan Nigeriya yığmasını seçib. Yalnız ehtiyatda yer alan futbolçulardan 3-ü - Qari Keyhill, Kallum Hadson-Odoi və Danni Drinkuoter ingiltərəlidi.

 

Qeyd edək ki, "Stemford Bric"də keçirilən "Çelsi" - "Barselona" görüşünün ilk hissəsindən sonra hesab 0:0-dı.

0