[b]“Fənərbaxça” 3:0-lıq üstünlüyü 8 dəqiqəyə əldən verdi - VİDEO[/b]
22.07.2018 - 00:25
[b]“Fənərbaxça” 3:0-lıq üstünlüyü 8 dəqiqəyə əldən verdi - VİDEO[/b]

“Fənərbaxça” təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” “Feyenoord”la üz-üzə gəlib.

 

Matça sürətli başlayan İstanbul nəhəngi artıq ilk 18 dəqiqədə 3:0 hesabı ilə önə keçib. Lakin son 8 dəqiqə ərzində rəqib qapısından 3 top keçirən hollandlar böyükhesablı məğlubiyyətdən qurtularaq, bərabərliyə nail olublar.

 

Yoxlama görüşü

21 iyul

 

“Fənərbaxça” (Türkiyə) – “Feyenoord” (Hollandiya) – 3:3

Qollar: Elif Elmas, 14; Guliano, 14 (pen.); Valbuena, 18 – Berquis, 87, 90+5 (pen.); Tornstra, 90

 

0