[b]“Futbolçular muzdludu, Pike isə...” - Şakira[/b]
16.10.2017 - 11:43
[b]“Futbolçular muzdludu, Pike isə...” - Şakira[/b]

“Barselona”nın futbolçusu Xerard Pikenın həyat yoldaşı Şakira diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, kolumbiyalı müğənni “Mundo Deportivo” nəşrinə maraqlı açıqlama verib.

 

Şakira “Barselona”ya sevgisi ilə seçilən, tez-tez “Real”ın ünvanına daş atan, bundan əlavə, həmişə Kataloniyanın müstəqilliyini tələb edən ərini tərifləyib.

 

O, Pikenin digər futbolçulardan fərqli olduğunu bildirib: “Xerard “Barselona”nı çox sevir və ona sadiqdi. O, klubun bir quruluşuna çevrilib. Pike kimi başqa oyunçu tapmaq çox çətindi. Axı futbolçular müəyyən mənada muzdludu: gəlirlər və gedirlər, bir komandadan digərinə keçirlər”.

 

Qeyd edək ki, Pike karyerası ərzində “Barselona” ilə yanaşı, “Mançester Yunayted” və “Saraqosa” klublarında da oynayıb.

 

 

 

 

 

0