[b]İsrafilovun ayağı düşərli olmadı[/b]
18.12.2017 - 00:04
[b]İsrafilovun ayağı düşərli olmadı[/b]

İspaniya Sequndasında XIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Ximnastik” də növbəti oyununu keçirib.

 

Sözügedən komanda səfərdə “Leonesa” ilə qarşılaşıb. Görüş milli üzvünün komandasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 67-ci dəqiqədə hesab 0:1 olarkən meydana çıxıb. O matça daxil olduqdan 5 dəqiqə sonra rəqib ikinci qolunu vurub.

 

Qeyd edək ki, bir görüş əksik keçirən və 18 oyundan sonra aktivində 21 xal olan “Ximnastik” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

0