[b]Millimizin ilk oyunundan 25 il keçir...[/b]
17.09.2017 - 00:00
[b]Millimizin ilk oyunundan 25 il keçir...[/b]

Bu gün Azərbaycan futbolunda əlamətdar tarixdi. Apasport.az saytının məlumatına görə, milli komandamızın ilk oyunundan 25 il ötür.

 

SSRİ-nin dağılmasından sonra müstəqil səhnəyə çıxan futbolumuzun siması olan əsas yığma 1992-ci ildə yaradılıb. Qısa müddətdə toplanıb, formalaşan kollektiv sentyabrın 17-də ilk matçına çıxıb.

 

Qonşu Gürcüstanla yoxlama oyunu Gürcüani şəhərində baş tutub. Azərbaycan futbol tarixinin ən tanınmış məşqçilərindən olmuş Əhməd Ələsgərovun rəhbərlik etdiyi millimiz 3 min azarkeş önünə çıxıb.

 

Yerli hakim Quram Sepiaşvilinin start fiti ilə millimizin tarixi başlayıb. 3:6 hesablı məğlubiyyət ilk qol, ilk penalti və ilk dublumuzla da (hamısının müəllifi Nazim Süleymanovdu) əlamətdar olub.

 

Böyükhesablı yenilgi ilə başlayan tarixin arxada qalan 25 ilində isə millimiz 232 matç keçirib.


Yoldaşlıq oyunu

GÜRCÜSTAN - AZƏRBAYCAN - 6:3 (1:1)
17 sentyabr 1992. Gürcaani. Şəhər stadionu. 3000 tamaşaçı. Hakim: Quram Sepiaşvili (Gürcüstan).
Qollar: Kizilaşvili, 30, 48, Daraseliya, 52, Ş.Arveladze, 69, Qoqiçaişvili, 71-p., Cişkariani, 79-p.// Süleymanov, 42, 85-p., Rzayev, 77


Gürcüstan: Akaki Devadze (David Canelidze, 75), Malxaz Arziani, Dmitri Kudinov, Kaxaber Sidamonidze (Georgi Nemsadze, 46), Giya Cişkariani, David Somaya, Georgi Daraseliya (Georgi Kinkladze, 53), Kaxaber Qoqiçaişvili (Mixail Kavelaşvili, 75), Revaz Arveladze, David Kizilaşvili, Şota Arveladze (David Canaşiya, 75).
Baş məşqçi: Anatoli Norakidze. 
Azərbaycan: Dmitri Kramarenko (Elxan Həsənov, 54), Aydın Ələkbərov (Vüqar İsmayılov, 54/Elman Sultanov, 76), Elşad Əhmədov, Tərlan Əhmədov, Zaur Qarayev, Emin Ağayev, Mahmud Qurbanov (Qurban Qurbanov, 46), Şahin Diniyev, Vidadi Rzayev, Nazim Süleymanov (k), Samir Ələkbərov (Kamil Bayramov, 70). 
Baş məşqçi: Əhməd Ələsgərov.
Vərəqə: olmayıb.

 

 

0