15 Aprel 22:30 “Neftçi” də “o siyahı”ya düşdü
FUTBOL xəbərləri 15 Aprel 22:30
2591 baxış

“Neftçi” də “o siyahı”ya düşdü

Topaz Premyer Liqasının XXIII turu “Zirə” – “Neftçi” oyununda erkən penaltinin təyin olunması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, __ hesabı ilə qalib gələn qonaqlar artıq 10-cu dəqiqədə 11 metrlik zərbə yerinə yetirib.

 

Rəhman Hacıyev penaltidən dəqiq istifadə edib. Bunadək mövsümün ən erkən penaltisi Tural Axundovun hesabındaydı. “Sumqayıt”ın futbolçusu “Keşlə” ilə matçın 2-ci dəqiqəsində 11 metrlik nöqtədən dəqiq olmuşdu.

 

Bu sahədə rekord “Sumqayıt”a məxsusdu. Belə ki, “Gənclik şəhəri” təmsilçisi 17 oyunda 4 dəfə bu yolla qol sevinci yaşayıb. İkinci isə “Qəbələ”dir – 3 penalti.

 

Ümumilikdə mövsümün 18 penaltisindən 16-sı dəqiq olub ki, Premyer Liqanın 8 komandası da belə imkan qazanıb.

 

“Neftçi” bu gün həmin sıraya qoşulub.

 

Penalti vuran komandalar: “Sumqayıt” – 4, “Qəbələ”, “Kəpəz”, “Zirə” – 3 (1-i qeyri dəqiq), “Qarabağ” – 2, “Səbail”, “Neftçi” “Keşlə” – 1 (1).

 

“Sumqayıt”ın 4 dəqiq penaltisindən üçü Turalın hesabındadı. Son illər oynadığı klubların ştat üzrə penalti vuran futbolçusu olan Axundov cari mövsümdə hamıdan çox belə şans qazanıb. Bu turadək şəriki olan Kərim Diniyevi arxada qoyub. Sonuncu “Kəpəz”də oynadığı vaxt 2 dəfə 11 metrlikdən fərqlənib. Düzdü, “Qəbələ”nin də hesabında 3 penalti var. Lakin bu komandada hər zərbəni bir oyunçu yerinə yetirib. Bu üzdən də Turalla Kərimdən başqa heç kim 1-dən artıq penalti vurmayıb.

 

Şansı qaçıranlar isə “Zirə”də Riçard Qadze və “Keşlə”də Pərdis Fərcad-Azaddı. Maraqlıdı ki, onların hər ikisi “Səbail”lə görüşdə buna üzülüb.

 

Ən çox cəzalanan isə “Səbail”di. Debütantın qapısına 5 dəfə 11 metrlik təyin olunub, onlardan 3-ü qol olub.

 

 Qapısına belə zərbə təyin olunmayan yeganə komanda “Qarabağ”dı.

 

Penalti ilə cəzalanan komandalar: “Səbail” – 5 (2-si qeyri-dəqiq), “Neftçi” – 4, “Qəbələ” – 3, “Keşlə”, “Zirə” – 2, “Kəpəz”, “Sumqayıt” – 1.