[b]Xama Billiat istədiyi maaşı açıqladı[/b]
19.06.2018 - 11:23
[b]Xama Billiat istədiyi maaşı açıqladı[/b]

“Qarabağ”ın gündəmində olan Xama Billiatla maraqlanan daha bir komanda geri çəkilib. Apasport.az saytının Zimbabve mətbuatına istinadən məlumatına görə, “Mamelodi Sandaunz”un hücumçusunun “Styaua”ya keçidi baş tutmayacaq.

Buna səbəb Zimbabve millisinin forvardının tələbidi. Belə ki, Billiat yeni komandasında aylıq 33 min avroluq maaş almaq niyyətindədi. “Styaua” rəhbərliyi bu məbləği yüksək hesab etdiyindən, hücumçu ilə danışıqları dayandırıb.

“Mamelodi Sandaunz”la müqavilə müddəti bu ayın sonuna qədər olan Billiat “Qarabağ”la yanaşı, “Zamalek”, “Ayaks Kape Taun”, “Orlando Pirates”, “Kayzer”, “Bidvest” və “Yurqarden”in də gündəmindədi.

0