[b]Xorvatiya və İsveçrə dünya çempionatında![/b]
13.11.2017 - 01:35
[b]Xorvatiya və İsveçrə dünya çempionatında![/b]

DÇ-2018-in seçmə mərhələsinin pley-offlarında cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, mundiala yollanacaq daha iki komdandanın adına aydınlıq gəlib.

 

Qrup mərhələsində yaxşı oynayan və Rusiyaya birbaşa vəsiqəni son əldən əldən verən İsveçrə millisi yığmamızla eyni qrupda mübarizə aparmış və Almaniyadan sonra ikinci olmuş Şimali İrlandiya ilə qarşılaşıb. İlk matçda səfərdə minimalhesablı qələbə qazanan “saatlar ölkəsi”nin komandası ikinci qarşılaşmanı da qolsuz bərabərliklə başa vuraraq hədəfinə çatıb. Vladimir Petkoviçin komandası 12 əvvəl olduğu kimi bu dəfə dünya çempionatına pley-offlardan vəsiqə qazanıb.

 

Mundiala yollanan növbəti xoşbəxt Xorvatiya yığması olub. Evdə 4:1 hesablı qalib gəldiyi Yunanıstanla səfərdə üz-üzə gələn “damalılar”a növbəti dəfə dünyanın ən yüksək futbol yarışında çıxış etmək üçün qolsuz bərabərlik bəs edib.

 

Maraqlıdır ki, Xorvatiya millisi pley-off mərhələləri tarixinin ən uğurlu komandasıdı. 4 dəfə bu raunda yüksələn balkanlılar DÇ-1998, AÇ-2004, AÇ-2012 və DÇ-2014-ə də bu yolla yüksəlib. Son iki mundiala pley-offdan çıxan Yunanıstan yığması da bu ilə qədər bu raundda uduzmamışdı. Xorvatiya DÇ-yə 3 dəfə pley-off vasitəsilə yüksələn ilk Avropa təmsilçisi olub.

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası

Cavab qarşılaşmaları

12 noyabr

 

Yunanıstan – Xorvatiya - 0:0

İlk oyun: 1:4

 

İsveçrə - Şimali İrlandiya - 0:0

İlk oyun: 1:0

0