“Bakı” birinci divizion təmsilçisinə qalib gəldi - VİDEO
24.01.2015 - 20:20
“Bakı” birinci divizion təmsilçisinə qalib gəldi - VİDEO

Topaz Premyer Liqasında mövsümün II dövrəsinə hazırlıqlarını davam etdirən "Bakı" bu gün növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” I divizion təmsilçisi "Neftçala" ilə üz-üzə gəlib.

 

"Bakı"nın təlim-məşq bazasının stadionunda 5 qolun vurulduğu görüşdə İbrahim Uzuncanın komandası 3:2 hesablı qələbəyə sevinib.  

 

Qeyd edək ki, “Bakı” ilk yoxlama matçında "Sumqayıt"a 1:5, AZAL-a 0:1, "İnter"in əvəzedici komandasına 0:2 hesabı ilə uduzub.  

0