[b]“Qarabağ”dan ayrılan futbolçu “Odense” yolunda[/b]
27.01.2015 - 17:51
[b]“Qarabağ”dan ayrılan futbolçu “Odense” yolunda[/b]

3 aylıq müqaviləsi başa çatdıqdan sonra “Qarabağ”ı tərk edən İnnosent Emeqaranın karyerasını hansı klubda davam etdirəcəyi hələ də müəyyənləşməyib. Apasport.az saytının İsveçrə mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçuya daha bir klub “elçi düşüb”.

 

Söhbət Danimarka təmsilçisi “Odense”dən gedir. Bir müddət “Hamburq”un düşərgəsində baxışda olan Emeqara almanların diqqətini çəkə bilməyib. İtaliya klublarının da transfer gündəmində yer alan isveçrəli futbolçunun Danimarkaya üz tutacağı daha inandırıcı görünür. Bazar günü Almaniyadan vətəninə qayıdan Emeqara qərarını yaxın günlərdə açıqlayacaq.

 

Karyerası ərzində “Sürix-2”, “Vinterthur”, “Qrassoppers”, “Loryan”, “Siena” və “Livorno” klublarının da formasını geyinən Emeqara Azərbaycan çempionatında iştirak etdiyi 8 oyunda 5 qola imza atıb. 

0