[b]Yığmamızın futbolçusu “Viktoriya”ya keçdi[/b] - FOTO
28.01.2015 - 11:44
[b]Yığmamızın futbolçusu “Viktoriya”ya keçdi[/b] - FOTO

Azərbaycan millisinin futbolçusu Kiyan Soltanpur özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumameylli yarımmüdafiəçi karyerasını vətəni Almaniyada davam etdirəcək.

 

Belə ki, milliləşən Almaniya türkü Berlinin “Viktoriya” klubuna keçib. Kiyanın yeni komandası Regionalliaqa Şimal-Şərq zonasında çıxış edir.

 

2014-cü ilin yayında “Berliner”dən “Sumqayıt”a transfer olunan almaniyalı ölkəmizdə keçirdiyi 11 matçda 2 qol vurub. Milliləşdirilən legioner yığmamızın təlim-məşq toplanışına dəvət olunsa da, rəsmi matçlarda meydana çıxmayıb.

 

0