[b]I dəstə klubu Elnur Allahverdiyevdən imtina etdi[/b]
30.01.2015 - 17:38
[b]I dəstə klubu Elnur Allahverdiyevdən imtina etdi[/b]

“Elnur Allahverdiyev yaxşı müdafiəçidi. Həm sol cinahda, həm də mərkəzdə oynamağı bacarır. Ancaq biz onu almayacağıq”. Bu sözləri apasport.az saytına “Adanaspor”un baş məşqçisi Güvənc Kurtar deyib.

 

Qış fasiləsində “Neftçi”dən göndərilən Elnur Allahverdiyevin karyerasını Türkiyədə davam etdirəcəyi gözlənilirdi. Çünki PTT I liqa təmsilçisi “Adanaspor” onun keçidində maraqlı idi. Lakin hazırda Adana klubunu çalışdıran “Rəvan”ın sabiq baş məşqçisi Güvənc Kurtar milli komandamızın üzvündən imtina etdiklərini bildirib: “Çünki bizim müdafiə xətti ilə bağlı artıq heç bir problemimiz qalmayıb. Yeganə çatışmazlığımız hücum xəttində idi. Onu da İngiltərədən bir oyunçu gətirməklə yoluna qoyduq. Transfer siyahımda bir neçə azərbaycanlı futbolçunun adı var. Ancaq indi onları heyətimizə qata bilmərik”.

 

Qeyd edək ki, Güvənc Kurtar “Rəvan”da birgə çalışdığı Cəmşid Məhərrəmovu “Adanaspor”a aparıb.

 

0