[b]Rəcəbov şansını qaçırdı, Məmmədyarov “sülh”ə razılaşdı[/b]
26.02.2015 - 09:36
[b]Rəcəbov şansını qaçırdı, Məmmədyarov “sülh”ə razılaşdı[/b]

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə Qran-pri turnirində növbəti turun görüşləri baş tutub. Apasport.az saytının məlumatına görə, III mərhələnin IX oyun günündə həmyerlilərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yenə xal itkisi ilə üzləşiblər.

 

Belə ki, Rəcəbov ikinci yerə şərik olmaq şansıni itirib. Buna səbəb qrossmeysterimizin autsayder Dmitri Andreykinlə (Rusiya) xalları yarı bölməsidi.

 

Məmmədyarov da komanda yoldaşı kimi 0,5 xalla kifayətlənib. Həmyerlimiz Aniş Giri (Hollandiya) ilə “sülh”ə razılaşıb.

 

Qeyd edək ki, X turda Rəcəbov Aniş Giri ilə, Məmmədyarov Leynier Dominqueslə ilə üz-üzə gələcək.

 

IX tur

Yevgeni Tomaşevski (Rusiya) – Rüstəm Qasımcanov (Qazaxıstan) – 1:0

Dmitri Yakovenko (Rusiya) – Pyotr Svidler (Rusiya) – 0,5:0,5

Dmitri Andreykin (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya) – 0,5:0,5

Aleksandr Qrişuk (Rusiya) – Leynier Dominques (Kuba) – 0,5:0,5

Baadur Jobava (Gürcüstan) – Maksim Vaşye-Laqrav (Fransa) – 0:1

 

Turnir cədvəli: Tomaşevski – 7, Yakovenko – 5,5, Rəcəbov – 5, Qasımcanov, Məmmədyarov, Giri, Dominques – 4,5, Jobava, Qrişuk, Vaşye-Laqrav – 4, Svidler – 3,5, Andreykin – 3.

 

0