[b]AFFA 2014-cü ildə: 22 milyon 790 min manat hara xərclənib?[/b]
06.03.2015 - 12:18
[b]AFFA 2014-cü ildə: 22 milyon 790 min manat hara xərclənib?[/b]

AFFA-nın 2014-cü il üçün maliyyə hesabatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın ötən il qazancı 2,3 milyon manat təşkil edib.

 

“Park İnn”də keçirilən AFFA-nın Hesabat Konfransı zamanı açıqlanan rəqəmlərə əsasən, ötən il AFFA-ya 22 milyon 790 min 150 manat daxil olub. Bunun 14 milyonunu baş sponsor ARDNŞ-dan gələn vəsait təşkil edir. 2 milyon 285 min 242 manat “AzərİdmanServis”, 2 milyon 19 min 410 manatı isə UEFA-dan gələn məbləğdi. Millinin oyunlarının yayım satışından da 2 milyon 96 min manat məbləğində vəsait əldə edilib. FİFA 552 min 998 manat, digər gəlirlər isə 1 milyon 836 min 500 manat təşkil edib.

 

Bundan əlavə, qurumun “İnter-Arena”ya görə qazancı 3 milyon 245 min manatdı.

 

AFFA təşkilata daxil olan məbləğin 21 milyon 674 min 774 manatını xərcləyib. Bunun 9 milyon 606 min 288 manatı milli komandalara, 2 milyon 487 min 880 manatı hakimlərə, 2 milyon 293 min 760  manat maaşlar və səfərlərə, 2 milyon 104 min 237 manatı yeniyetmə liqalarına xərclənib. Futzala 420 min 536 , rəsmi və yoldaşlıq görüşlərinin təşkilinə isə 407 min 982 manat ödənilib. Bundan əlavə xərclərə 4 milyon 354 min 91 manat təşkil edib. Klublara maliyyə yardımı kimi 710 min manat ödəyən AFFA 2 milyon 42 min 758 manat vergi verib.

 

Eyni zamanda, Azərbaycan klubları arasında ən çox qazanc əldə edən “Qarabağ” olub. Ağdamlılar 1 milyon 936 min manat irəli düşüb. “Neftçi”də isə bu qazanc 444 min manat olub.

 

0