“Yuventus” “Mançester Siti”nin hücumçusunu istəyir
28.03.2015 - 16:38
“Yuventus” “Mançester Siti”nin hücumçusunu istəyir

“Mançester Siti”nin hücumçusu Edin Dzeko karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, Bosniya və Herseqovina millisinin forvardı “Yuventus”un maraq dairəsindədi.

 

Turin klubu artıq “Mançester Siti” ilə danışıqlara da başlayıb. “Qoca sinyora” bu keçidin reallaşması üçün qarşı tərəfə 20 milyon avro təklif edib. “Yuve” Dzekonu da razı salmaq üçün ona əsas heyətdə yer alacağı təminatını verməyə hazırdı.

 

Qeyd edək ki, Edin Dzeko 2011-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur.

0