[b]7 oyunluq həsrət bitdi [/b]- 388 gündən sonra
29.03.2015 - 00:01
[b]7 oyunluq  həsrət bitdi  [/b]- 388 gündən sonra

Azərbaycan millisi qələbəsiz oyunlar seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin 2015-ci ildə baş tutan ilk matçında Maltanı 2 cavabsız qolla keçən yığmamız 7 matçlıq həsrəti bitirib.

 

2014-cü il martın 5-də Dubayda baş tutan yoxlama oyununda Filippini 1:0 hesabı ilə məğlub edən komandamız 388 gündən sonra sevindi.

 

AVRO-2016-da əvvəlki 4 qarşılaşmanın hamısında uduzan yığmamız seçmə oyunlarda son qələbəsini 2013-cü il oktyabrın 11-də Şimali İrlandiya ilə ev oyununda qazanmışdı. Həmin 2:0 hesablı qələbədən 533 gün və ya 4 oyun sonra azarkeşlərimiz mərhələ xalını bayram etdi. Bu, həm də Malta ilə matçadək ən azı iki top fərq ilə qazandığımız son qələbə idi.

 

2011-ci il sentyabrın 6-da Qazaxıstanı 3:2 hesabı ilə məğlub edəndən sonra Avropa çempionatlarının seçmə mərhələlərində ardıcıl 6 dəfə uduzan milli bu seriyanı da qırıb.

 

0