[b]“Rabitə” qələbə ilə pley-offda![/b]
01.04.2015 - 19:00
[b]“Rabitə” qələbə ilə pley-offda![/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının əsas mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, IV dövrənin son görüşündə ölkə çempionu “Rabitə” “Lokomotiv”lə üz-üzə gəlib.

 

XIX turun vaxtı dəyişdirilən görüşü hər 2 komanda üçün formal xarakter daşıyırdı. Çünki “Rabitə” və “Lokomotiv” pley-offa vəsiqə qazanmışdılar. 

 

Buna baxmayaraq, azarkeşlər çox gərgin oyun izləyiblər. İlk setdə “Lokomotiv” qələbə qazansa da, bu, onların son sevinci olub. Çünki “Rabitə” ardıcıl 3 setdə rəqibini üstələyərək meydandan qalib ayrılıb. Xüsusən də, 4-cü setdə möhtəşəm geri dönüş edən son çempion görüşün tay-brekə getməsinə imkan verməyib.

 

Beləliklə, çempionatın əsas mərhələsinə yekun vurulub. 20 turun yekununa əsasən, “Rabitə” yenə pley-offa lider kimi vəsiqə qazanıb. Onların final mərhələsinə gedən yolda rəqibi “Azərreyl” olacaq.

 

Azərbaycan çempionuna növbəti dəfə məğlub olan “Lokomotiv” isə pley-offda “Azəryol”la üz-üzə gələcək.

 

Finala yüksələcək komanda pley-offda rəqibini iki dəfə məğlub etməlidi. Əgər komandalar hərəyə bir qələbə qazanarsa, güclünü müəyyənləşdirmək üçün üçüncü oyun keçiriləcək. Final mərhələsində isə qalib olmaq üçün 3 qələbə vacib olacaq.

 

Qeyd edək ki, bu 4 komandadan fərqli, gənclərdən qurulan “Telekom” mövsümü başa vurub.

 

 

XIX tur

1 aprel

“Rabitə” – “Lokomotiv” - 3:1 (22:25, 25:19, 25:23, 26:24)

Voleybol Mərkəzi

 

I dövrə: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

II dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)

III dövrə: “Lokomotiv” – “Rabitə” - 0:3 (25:27; 16:25; 17:25)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

16

14

2

9

4

1

1

1

0

45-12

1370-1125

42

2.

Azəryol

16

10

6

6

3

1

3

2

1

38-23

1378-1278

32

3.

Lokomotiv

16

11

5

5

4

2

1

2

2

37-23

1365-1263

32

4.

Azərreyl

16

4

12

0

1

3

1

3

8

17-43

1201-1392

10

5.

Telekom

16

1

15

0

0

1

2

4

9

11-47

1132-1388

4

 

 

0