“Fənərbaxça”nın portuqaliyalı ulduzu danışdı...
01.04.2015 - 21:52
 “Fənərbaxça”nın portuqaliyalı ulduzu danışdı...

“Komandamızın gücünü bütün dünya görməlidi və biz bunu sübut edəcəyik”.  Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın portuqaliyalı müdafiəçisi Bruno  Alveş klubun rəsmi dərgisinə verdiyi müsahibəsində deyib.

 

İndiyədək bir çox klubların formasını geyinən Alveş İstanbul klubunda məmnun olduğunu dilə gətirib: “Biz azarkeşlərimizin dəstəyi ilə komandamızı layiq olduğu yerə daşımaq niyyətindəyik. Bunun üçün mövsümün sonunda istədiyimiz nəticəni qazanacağımıza çox inanıram”.

 

Qeyd edək ki, 33 yaşlı müdafiəçi “sarı-lacivərdlilər”in heyətində 2013-cü ildən çıxış edir və keçirdiyi 42 oyunda iki dəfə qol sevinci yaşayıb.

0