[b]Avropa çempionatında 3-cü medal[/b]
17.04.2015 - 08:20
[b]Avropa çempionatında 3-cü medal[/b]

Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflisdə keçirilən ağır atletika üzrə Avropa çempionatında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, qadınların 69 kq çəki dərəcəsində mübarizəsində Anastasiya İbrahimli fərqlənib.

 

Birdən qaldırmada 103 kq nəticə ilə 6-cı olan atletimiz 2-ci hərəkətdəki nəticəsi sayəsində fəxri kürsüyə yüksəlib. Belə ki, təkanla qaldırma hərəkətində 130 kq nəticə ilə 3-cü olub.

 

Bu da Anastasiyanın iki hərəkətin cəmində də bürünc medal qazanması üçün yetərli olub. 233 lq nəticə göstərən idmançımız çempion olan belaruslu Dina Sazanovetsdən 22, gümüş qazanan rusiyalı Yana Kondraşovadan 2 kq geri qalıb.

 

Qeyd edək ki, bu medal Avropa çempionatında qazanılan 3-cü mükafatdı. İbrahimliyədək Valentin Xristov (62 kq) və Boyanka Kostova (58 kq) qızıla sahib olmuşdu.

0