[b]Röyterin Azərbaycan xəyalı[/b]
25.05.2015 - 08:31
[b]Röyterin Azərbaycan xəyalı[/b]

Almaniyanın “Auqsburq” klubu avrokuboklarda Azərbaycan təmsilçisi ilə qarşılaşmaq arzusundadı. Apasport.az saytının məlumatına görə, bunu klubun baş meneceri Şrefan Röyter deyib.

 

Auqsburqun eyniadlı təmsilçisi Bundeliqada 5-ci yeri tutub və bununla, tarixində ilk dəfə qitə miqyaslı turnirlərdə oynamaq hüququ qazanıb.

 

108 il əvvəl yaranan “Auqsburq” Avropa Liqasının qrupunda çıxış edəcək. Röyter kiçik futbol ölkələrinin təmsilçisi ilə rəqib olmaq istədiklərini bildirib: “Komandamızın qrupa düşməsi ağlasığmaz uğurdu. Artıq avrokubok haqda düşünürük. Orada isə Azərbaycan komandası ilə oynamaq xoş olardı. Amma onlarla matçda da oyun göstərmədən nəticə qazanmaq olmaz”.

 

Qeyd edək ki, 1987-1998-ci illərdə Almaniya millisinin futbolçusu olan Röyter 1990-cı ildə dünya çempionu titulunu qazanıb.

 

0