[b]“Sumqayıt”da növbəti yeni müqavilələr[/b]
27.05.2015 - 14:52
[b]“Sumqayıt”da növbəti yeni müqavilələr[/b]

Yayda ciddi islahatlar aparmağı düşünməyən “Sumqayıt” heyətin özəyini qorumaq fikrindədi. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Vurğun Hüseynovdan sonra daha bir oyunçu ilə yeni müqavilə bağlayıb.

 

Söhbət gənc yarımmüdafiəçi Murad Ağayevdən gedir. 22 yaşlı futbolçu komandası ilə yeni iki illik sazişə qol çəkib. Bu məlumatı saytımıza açıqlamasında klubun baş meneceri Ceyhun Sultanov da təsdiqləyib. O bildirib ki, bununla kifayətlənmirlər və daha iki oyunçuya anajoli təklifi ediblər: “Muraddan sonra qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Nodar Məmmədovun da komandada qalmasının tərəfdarıyıq. Şahruddinlə yaxın günlərdə iki illik müqavilə bağlanacaq. Nodara isə bir illik anlaşma təklif etmişik”.

 

Qeyd edək ki, bu yaxınlarda müdafiəçi Vurğun Hüseynov “Sumqayıt”la yeni birillik müqavilə imzalamışdı. 

0