[b]"Azərbaycanın həyatımda ayrı bir yeri var" - MÜSAHİBƏ[/b]
28.05.2015 - 10:54
[b]"Azərbaycanın həyatımda ayrı bir yeri var" - MÜSAHİBƏ[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bülənt Karslıoğlu Türkiyə mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, türkiyəli çalışdırıcı Bursada keçdikləri təlim-məşq toplanışına toxunub və yığmamızda gördüyü işlərdən danışıb.

 

- Türkiyədə bir çox məşqçinin arzusunu siz həyata keçirmisiz. Ölkə xaricində belə uğurlu karyeranızı necə şərh edərdiz?

- Azərbaycan qadın voleybolunda çox əhəmiyyətli çempionluqlara imza atıb. Belə bir gözəl ölkədə işləmək insana qürur verir. Orada 4 ildə uğurlu nəticələrə imza atan klublarda çalışmağın sevincini yaşadım. Azərbaycan Voleybol Federasiyası kişi voleybolunun inkişafı və burada uğurlara imza atmaq istədiyindən 6 aya yeni komanda formalaşdırdıq. Bu yığma ilə sadəcə çox oyun keçirməmək təcrübəsizliyimiz var. Lakin Bursada bunu da aradan qaldırmağı planlaşdırırıq. Azərbaycan millisi ilə qarşıda çox gözəl nəticələrə imza atacağımıza inanıram.

 

- Milli və ehtiyat qüvvə ilə işlərinizi necə qurursuz?

- Yığma komanda yalnız yerli voleybolçulardan qurulub. Azərbaycanda kişi voleybolçular arasında ölkə çempionatı olmadığı üçün millini formalaşdırmaqda bəzi çətinliklər yaşadıq. Voleybol Federasiyasının dəstəyi sayəsində hər şey qaydasına düşüb. Ehtiyat qüvvə üçün verdiyim bəzi məsləhətlər daima dəstəklənir. Bunun üçün də uğur qazanacağımıza ümidim yüksəkdi. Ən önəmlisi aşağı yaş qruplarında davamlığı saxlamaq, onlar üçün ayrı sistem qurmaqdı. Komanda üçün bütün şəraitin yaradılması, problemlərin həll olunmasında da hansısa çətinlikdən söhbət gedə bilməz. Görülən və görüləcək işlərin təqibçisi olub, davamını gətirmək ən böyük hədəfimdir.

 

- Belə uğurlu işlərinizi Türkiyədə də görmək istərdik. Bu düşüncələriniz Azərbaycanda həyata keçirdikdə çətin olan günləriniz üçün ən çox dəstəyi kimdən gördüz?

- 4 ildir Türkiyədən kənardayam. Bəzi fədakarlıqlar, gözəl işlər uğurumuza yol açır. Mən idealistəm. Azərbaycanın həyatımda ayrı bir yeri var. Planlaşdırdığım hər şeyi orada həyata keçirmək şansı qazandım. Azərbaycanda mənə inanan insanlar, çalışdığım klub prezidentləri və rəsmiləri, Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev böyük imkanlar verdilər. Çox gözəl proyektlər başlayıb, bunu uğurla həyata keçirdik. Azərbaycandakı bu nailiyyətlərimə görə Qarayev başda olmaqla, bütün rəsmilərə borcluyam. Onlara çox təşəkkür edirəm. Təbii ki, ölkəmə də dönmək istəyərəm. Həmin zaman istədiyim şəraitin olması vacibdi. Əgər bu həyata keçərsə, yeni işləyəcəyim yer məmləkətim olacaq.

 

- Azərbaycanda həyata keçirmək istədiyiniz daha nələr var?

- Burada həyata keçirə biləcəyim çox şeylərin olduğunu düşünürəm. Yeni proyektlərimizlə uğura imza atacağımıza əminəm. Daha çox faydalı işlər həyata keçirmək istəyirəm. Çünki hər zaman hamı dəstək olur. Gördüyümüz işlər çox uğurlu nəticələrlə yadda qalır. Bir türk olaraq, bu işlərin dünyaya qapı kimi açılacağını düşünürəm. Bunun meyvəsini yalnız mən deyil, digər həmkarlarımın da görməsini, onların ölkə xaricində və ya Azərbaycanda uğur qazanmasını istərdim.  

0