Taekvondoçularımız “Austrian Open”də
28.05.2015 - 12:36
Taekvondoçularımız “Austrian Open”də

Mayın 30-da Avstriyanın İnsbruk şəhərində yeniyetmə taekvondoçular arasında ənənəvi “Austrian Open” turnirinə start veriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam yarışa Azərbaycan millisi də qatılacaq.

 

Komandamızın baş məşqçisi Səbuhi Zülfüqarov turnirdə 19 yetirməsini sınayacaq. O, “Austrian Open”də Qüdrət Nuruzadə (33 kq), Bəhruz Quluzadə (37 kq), Ziya Xəlilov (41 kq), Samir Məhərrəmov (45 kq), Ruslan Seyidov (49 kq), Yunis Məmmədzadə (53 kq), Ülvi Mustafayev (57 kq), Elşad Məmmədov (61 kq), Seymur Quliyev (65 kq), Cavid Soltanov (+65 kq), Ofeliya Allahverdiyeva (29 kq), Minayə Əkbərova (33 kq), Sevda Pirseyodova, Mirvari Qəmbərli (hər ikisi 37 kq), Aliyə Zeynalova (41 kq), Zalikə Babayeva (44 kq), Nərmin Süleymanova (47 kq), Nuranə İbrahimova (51 kq) və Şəms İsayevaya (55 kq) şans verəcək.

 

Ölkəmizi bu turnirdə hakim qismində isə Elşən Quliyev təmsil edəcək. 

 

Qeyd edək ki, sabah İnsbruka yollanacaq yığmamız iyunun 2-də Bakıya dönəcək.

0