[b]Bakı-2015: “Əsas rəqiblərimizdən biri Azərbaycandı”[/b]
29.05.2015 - 17:32
[b]Bakı-2015: “Əsas rəqiblərimizdən biri Azərbaycandı”[/b]

“Bakıdakı Avropa Oyunlarında 8 medal qazanmaq niyyətindəyik. Kişilərdən ibarət komandada 2 qızıl, 1 gümüş və 1 bürünc, qadınlarda 1 qızıl və 3 bürünc medal gözləyirik. Qeyri-adi hakim səhvləri baş verməsə bu planı problemsiz yerinə yetirəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Rusiya millisinin baş məşqçisi Aleksandr Lebzyak deyib.

 

Təcrübəli mütəxəssis Bakıda keçiriləcək Avropa Oyunlarında inamlı çıxışa ümid bağlayır. Onun sözlərinə görə, yarışa gələcək idmançılar yaxşı formadadırlar: “Bəlkə də bu planı artıqlaması ilə yerinə yetirdik. Hansısa artıq problemin yaranmaması üçün hər döyüşdə rəqibdən bir baş üstün olmaq lazımdır. Bu da boksçularımızın gücünə görədir. Avropa Oyunlarındakı əsas rəqiblərimiz Almaniya, Azərbaycan, Böyük Britaniya və Ukraynadır. Lakin sürprizlər də mümkündür. Bütün idmançılar bizə xüsusi köklənirlər. Çünki belə bir yazılmamış qayda var: növbəti döyüşü uduza bilərsən, amma rusiyalını udmalısan. Bu üzdən bizim üçün hər döyüş finala bərabər olacaq”.

 

O bildirib ki, boks yığması iyunun 15-də Bakıya gələcək və heyət hələlik tam dəqiqləşməyib: “56, 69 və 91 kq-da tərəddüdlər var. Bu çəkilərdə yoxlama döyüşlərinin keçirilməsi də mümkündür”.

0