Bakı-2015: “Avropa Oyunlarının böyük bayram olduğu hər şeydə hiss olunur”
25.06.2015 - 12:50
Bakı-2015: “Avropa Oyunlarının böyük bayram olduğu hər şeydə hiss olunur”

“Avropa Oyunlarını bəzi məqamlarda Olimpiadaya bənzədərdim. Sadəcə, burada mənə daha asan oldu. Çünki əsas rəqiblərimiz Avropanı təmsil etməyən ABŞ və Çindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri idman gimnastikası üzrə Rusiya millisinin lideri Aliyə Mustafina deyib.

 

Bakı-2015 I Avropa Oyunlarının 3 qat qalibi vətənində verdiyi müsahibədə ölkəmizdə keçirilən mötəbər yarışla bağlı fikirlərini açıqlayıb: “Avropa miqyaslı yarış üçün heç də asan olmadı. Heç rəqiblərimi də dərindən təhlil etməyə ehtiyac duymamışdım. Çoxnövçülükdə 2 xala yaxın fərqlə qalib gəlməyim də çox şeyi göstərir. Əsas məqsədim hərəkətlər zamanı səhvə yol verməmək, yıxılmamaq idi. Hər halda, 7 aylıq fasilədən sonra yarışa qatılırdım. Yarışda təşkilatçılıq baxımından hər şey yaxşı idi. Atletlər kəndi, ab-hava – hər şey Olimpiadaya bənzəyirdi. Yarışların böyük bayram olduğu hər şeydə hiss olunur”.

0