[b]“İnter”dən sərfəli heç-heçə[/b] - YENİLƏNİB
02.07.2015 - 21:24
[b]“İnter”dən sərfəli heç-heçə[/b] - YENİLƏNİB

Avropa Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümündə rəsmi matça çıxan ilk Azərbaycan klubu “İnter” olub.

 

Paytaxt təmsilçisi Albaniyada “Laçi” ilə üz-üzə gəlib. Bu matç yenilənmiş “İnter”in baş məşqçisi Zaur Svanadze üçün bu postda ilk avrokubok matçı idi.

 

Oyunda meydan sahibləri hesabı açan tərəf olub. Aqim Meto 20-ci dəqiqədə təmsilçimizi məyus edib. İlk hissə bu hesabla başa çatsa da, ikinci yarı başlayan kimi "bankirlər" hesabı bərabərləşdiriblər.

 

Gürcü legioner Nika Kvekveskiri status-kvonu bərpa edib.

 

Oyunun gedişində başqa qol olmayıb və tərəflər hərəyə bir qol vuraraq bərabərliyə razı olublar.

 

Qeyd edək ki, bu hesab təmsilçimiz üçün səfər qolu baxımından sərfəli nəticədi.

 

 

Avropa Liqası I təsnifat mərhələsi, ilk oyun

 

“Laçi” (Albaniya) - “İnter” (Azərbaycan) - 1:1

Qol: Aqim Meto, 20 - Kvekveskiri, 48

 

Hakimlər: Karlos Del Serro, Xuan Yuste, Abraham Alvares Santon, İnaki Visente Qarrido (hamısı İspaniya)

 

“Laçi”: Miroslav Vuyadinoviç, Emiliano Çela, Aryan Şeta, Elton Doku, Taulant Sefgyini, Erion Vuçay, Arqend Mustafa, Aqim Meto, Olsi Teqya, Emilyano Meliay, Sequn Adeniyi

Ehtiyat oyunçular: Moçka, Baqariç, Bardhi, Ndreca, Nimani, Mitray

Baş məşqçi: Armando Cunqu

 

“İnter”: Səlahət Ağayev, Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nika Kvekveskiri, Mirsahib Abbasov, Mirhseyn Seyidov, Fuad Bayramov, Rauf Əliyev, Yuri Fomenko

Ehtiyat oyunçular: Giorgi Lomaya, Sertan Taşkın, Denis Silva, Mənsur Nəhavəndi, Nizami Hacıyev, Elnur Süleymanov, İlkin Sadiqov

Baş məşqçi: Zaur Svanadze

 

Albaniya, Laçi. “Laçi” stadionu

0