Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşdü
03.07.2015 - 12:35
Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşdü

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, tədbirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda keçirilmiş “Prezident kuboku” turnirindəki çıxışı ilə bağlı hesabat müzakirə olunub, yığmanın çıxışı müsbət qiymətləndirilib.

 

U-17-nin növbəti turnirlər üçün 10 aylıq hazırlıq planının tərtib olunması qərara alınıb.

 

Şahin Diniyevin “Kəpəz”ə baş məşqçi təyin olunması ilə əlaqədar Məşqçilər Komitəsində yaranmış vakant yerə komitə tərəfindən Əsgər Abdullayevin namizədliyi irəli sürülüb. Gəncə təmsilçisində köməkçi məşqçi kimi çalışan Şakir Qəribovla bağlı isə fərqli qərar verilib. Komitədə işlərin çoxluğu nəzərə alınaraq, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb.

 

 

Mənbə: affa.az

0