“Xəzər Lənkəran” yeni futbolçuları baxışdan keçirir - FOTOSESSİYA
05.07.2015 - 13:27
“Xəzər Lənkəran” yeni futbolçuları baxışdan keçirir - FOTOSESSİYA

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən “Xəzər Lənkəran” yeni futbolçuları sınaqdan keçirir. Apasport.az saytının məlumatına görə, komanda iyulun 4-də səhər məşqinə çıxmasa da axşam saatlarında tam heyətlə hazırlaşıb.

 

Yeni futbolçular qatıldıqları məşqdə eyni zamanda baxışdan da keçiblər. Lakin bir məşqlə onların haqqında məşqçilər korpusunu yekdil qərar verməyib.

 

Başqa sözlə ən azı daha iki günlük hazırlıqdan sonra Yunis Hüseynov hansı futbolçuları sərəncamənda görmək istədiyini açıqlayacaq. (12cioyuncu.info)

0