Avropa Oyunlarının mükafatçısı Koreyada da fərqləndi
27.07.2015 - 11:15
Avropa Oyunlarının mükafatçısı Koreyada da fərqləndi

Koreyanın Çunçeon şəhərində taekvondo üzrə keçirilən “Korea Open” yarışı davam edir. Apasport.az saytının məlumatına görə, G2 kateqoriyalı beynəlxalq turnirin ilk 3 günündə Azərbaycan millisinin qazancı bir bürünc medal olub.

 

Komandamızın heyətində Patimat Abakarova fəxri kürsüyə yüksəlib. 49 kq çəki dərəcəsində Avropa Oyunlarının 3-cüsü olan taekvondoçumuz bu dəfə də eyni uğuru təkrarlayıb. O, yarımfinalda tailandlı Çanatip Sonkhama uduzub (5:6).

 

Qeyd edək ki, millimiz Bakıya iyunun 29-da qayıdacaq.

0