Yığmamız Moldova ilə bacarmadı
29.07.2015 - 09:50
Yığmamız Moldova ilə bacarmadı

17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Moldovanın paytaxtı Kişinyovda təşkil olunmuş UEFA-nın İnkişaf turnirində I turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, moldovalı həmyaşıdları ilə qarşılaşan Azərbaycan yığması 1:3 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu Vüsalə Seyfəddinova vurub.

 

Qeyd edək ki, turnir çərçivəsində II turun oyunları bu gün keçiriləcək. Yığmamız Latviya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Mənbə: affa.az

0