[b]İtaliyalı futbolçu Azərbaycan – Xorvatiya matçı haqda[/b]
04.09.2015 - 09:48
[b]İtaliyalı futbolçu Azərbaycan – Xorvatiya matçı haqda[/b]

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya matçının (0:0) nəticəsi İtaliya millisinin hücumçusu Qratsiano Pelleni təəccübləndirib. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri ilə H qrupunda yer alan apenninli futbolçu yığmamızla oyunun heç də asan keçməyəcəyini açıqlayıb.

 

İngiltərənin “Sauthempton” klubunun şərəfini qoruyan 30 yaşlı hücumçu Malta üzərində 1:0 hesablı qələbədən sonra bildirib ki, artıq zəif komanda yoxdu: “Malta ilə oyunumuz çox çətin keçdi. Bununla yanaşı, biz Xorvatiya və Azərbaycanın heç-heçə oynamasının şahidi olduq. Bu bir daha göstərir ki, futbol getdikcə çətinləşir. Azərbaycanı asan komanda hesab etmək olmaz”.

 

Pellenin sözlərinə görə, qarşıdakı görüşlərdə maksimum güclərini ortaya qoyub, qrup liderliyini davam etdirmək arzusundadı: “Üzərimizdə çox işləyib, daha əzmkar olmalıyıq. Mənim işim qol vurmaqdı və bunun üçün əlimdən gələni edirəm”.

 

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da Olimpiya stadionunda olacaq. 

0