Qrizman “Real”da oynamaq istəyir
21.09.2015 - 22:29
Qrizman “Real”da oynamaq istəyir

“Atletiko”nun hücumçusu Antuan Qrizman yeni mövsüm “Real”ın əsas transfer hədəflərindən biri olacaq. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, bu barədə “kral klubu”nun prezidenti Florentino Peres açıqlama verib.

 

O deyib ki, Qrizman özü də “Real”da oynamağı çox arzulayır.

 

Qeyd edək ki, hazırda Madrid klubunun heyətində Qrizmanın Fransa millisindən komanda yoldaşları Kərim Benzema və Rafael Varan çıxış edir.

0