Azərbaycan avarçəkənləri “Prezident Kuboku 2024”-də növbəti medalı qazanıblar
03.05.2024 - 10:53
Azərbaycan avarçəkənləri “Prezident Kuboku 2024”-də növbəti medalı qazanıblar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir.

Apasport.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turnirin 3-cü günündə İbrahim Məmmədzadə və Sərhad Fərhadlı (2010-2011) ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda bürünc medal qazanıblar.

Bununla da Azərbaycanın qazandığı medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, “Prezident Kuboku-2024” reqatasına mayın 3-də yekun vurulacaq.

0