[b]Yunis Hüseynov məğlubiyyətə görə üzr istədi[/b]
22.11.2015 - 20:56
[b]Yunis Hüseynov məğlubiyyətə görə üzr istədi[/b]

“Oyun gərgin keçdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə fərdi səhvlərdən qollar buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının XIII turu çərçivəsində öz meydanında əzəli rəqibi “Neftçi”yə məğlub olan cənubluların çalışdırıcısı matçı belə şərh edib: “İlk qoldan sonra açıq futbol sərgiləməyə başladıq və rəqib bundan istifadə etdi. Deməzdim ki,  komandam aqressiv idi, əksinə rəqib daha aqressiv davrandı. Bizim komandamızda intizamsızlıq ola bilməz. Oyunun gedişində “Neftçi”nin bizdən güclü təsir bağışlaması hiss olunmurdu. Heyətdə problemlərimiz var. Rasim Ramaldanov, Kamran Abdullazadə iynə hesabına oyuna çıxmışdılar. Düşünürəm ki, bütün bunlara baxmayaraq, rəqibə heç bir cəbhədə uduzmadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Məğlub olmağımızı istəməzdim. Futbolçular da bunu başa düşməlidirlər”.

0