[b]“Oynamağa həvəsimiz qalmamışdı” - PAOK-un hücumçusu[/b]
28.11.2015 - 12:51
[b]“Oynamağa həvəsimiz qalmamışdı” - PAOK-un hücumçusu[/b]

“Qəbələ”ni məğlub edə bilərdik. Sadəcə, əlimizə düşən qol imkanlarından yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu PAOK-un hücumçusu Yannis Mistakidis deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edən Yunanıstan təmsilçisi Bakıda olduğu kimi, öz meydançasında da qolsuz bərabərliklə barışdı.

 

Oyunla bağlı yerli mətbuata açıqlama verən 21 yaşlı forvard qələbə qazanmamalarını həvəssiz olmaları ilə əlaqələndirib: “Görüşdən əvvəl “Krasnodar” – “Borussiya” (Dortmund) oyununun nəticəsini öyrəndik. Belə vəziyyətdə matça motivasiya olmaq çətin olur. Çünki həm bizim, həm də “Qəbələ”nin artıq heç bir şansı yox idi. İnanın ki, oynamağa həvəsimiz qalmamışdı. Ancaq çıxıb sona qədər mübarizəmizi apardıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etsək də, şansları dəyərləndirə bilmədik”.

 

Qeyd edək ki, C qrupunda “Krasnodar” və “Borussiya” sona 1 tur qalmış 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər.

0