[b]"Rəvan" "Qəbələ"dən də xal aldı - YENİLƏNİB[/b]
30.11.2015 - 18:55
[b]"Rəvan" "Qəbələ"dən də xal aldı - YENİLƏNİB[/b]


Bu gün Topaz Premyer Liqasında XIV tura yekun vurulub Apasport.az saytının məlumatına görə, həftənin son oyunu Qəbələdə baş tutub.

 

Yerli komanda “Rəvan”ı qəbul edib. I dövrədə böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” 5 oyunluq seriyanı qırmaq üçün meydana çıxsa da, istəyinə nail ola bilməyib. Belə ki, Qəbələnin eyniadlı təmsilçisi son 5 çempionat matçındakı qələbəsizliyi bu dəfə də davam edib.

 

“Rəvan” isə ötən tur “Zirə” üzərində qazandığı qələbənin təsadüfi olmadığını sübut edib. Bəhmən Həsənovun yetirmələri ikinci hissədə vurulan qolla növbəti qələbəsinə yaxın olsa da, “Qəbələ” matça artırılan 5-ci dəqiqədə bərabərlik qolu vurub. Beləliklə, komandalar hərəyə 1 qol vuraraq, 1 xal qazanıb.

 

Topaz Premyer Liqası

XIV tur

 

30 noyabr (bazar ertəsi)

“Qəbələ” – “Rəvan” - 1:1

Qollar:   Fakundo Pereyra, 90+5 - Tural Qürbətov, 66

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə 

Qəbələ şəhər stadionu

I dövrədəki oyun – 3:0

 

“Qəbələ”: 22. Dmitri Bezotosni, 4. Elvin Camalov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov, 87. Ruslan Abışov

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk

“Rəvan”: 32. Kostyantin Maxnovski, 11. Şeriff Suma, 19. Tural Qürbətov, 99. Nicat Muxtarov, 17. Ramazan Abbasov (k), 2. Ruslan Tağızadə, 13. Cəmşid Məhərrəmov, 6. Vüqar Bəybalayev, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 14. Elvin Əliyev

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 39. Əlibəy Məmmədli, 91. Urfan İsmayılov, 55. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 20. Kənan Manafov

Baş məşqçi: Bəhmən Həsənov

 

 

Turnir cədvəli

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

14

10

2

2

24-9

32

2

İnter

14

6

6

2

12-8

24

3

Zirə

14

6

6

2

14-11

24

4

Qəbələ  

14

6

6

2

22-10

24

5

Kəpəz 

14

5

5

4

15-14 

20

6

Neftçi

14

5

4

5

16-15

19

7

Sumqayıt   

14

2

6

6

13-19

12

8

Xəzər L  

14

3

3

8

10-19

12

9

AZAL 

14

3

3

8

8-17

12

10

Rəvan 

14

2

2

10

9-21

9

 

Bombardirlər: Riçard Almeyda (“Qarabağ”) – 6 qol, Aleksey Antonov (“Qəbələ”), Dieqo Martins (“İnter), Ruslan Qurbanov (“Neftçi”) – 5

 

0