[b]“Telekom” vahid liderə çevrildi, “Azəryol”dan növbəti qələbə[/b]
30.11.2015 - 21:10
[b]“Telekom” vahid liderə çevrildi, “Azəryol”dan növbəti qələbə[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında avrokuboklar səbəbindən yaranan fasilə bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, çempionatda 9 günlük fasilənin ardından birbaşa II dövrəyə start verilib.

 

Bu, Gürcüstanın “Tbilisi” və gənclərdən qurulan “Gənclik” klubumuzun oyunlarını ardıcıl keçirə bilməməsi ilə əlaqədardı. I dövrənin matçlarının qalmasına baxmayaraq, ölkəmizi beynəlxalq arenada təmsil edən komandalar vaxtında bir-biri ilə üz-üzə gəlirlər.

 

Günün ilk qarşılaşmasında “Telekom”la “Lokomotiv” qarşılaşıb. Gərgin keçən oyunda komandanın yetirmələrindən təşkil olunan “rabitəçilər” əzmkar qələbə qazanıblar. Belə ki, ilk setdə 5 xal fərqi ilə qalib gələn ulduzlar toplusu - “Lokomotiv” I dövrədəki məğlubiyyətin revanşını almaq iddiasında olduğunu göstərib. Lakin növbəti seti də aktivinə yazan “dəmiryolçular”ın bundan artığına gücü çatmayıb.

 

Təbii ki, bunda təcrübəli mütəxəssis, klubda yeni nəslin inkişafında xüsusi pay sahibi olan və Olimpiya çempionluğuna rəğmən, yenə də Bakı təmsilçisinin “sükanı” arxasında işini davam etdirən Zoran Qayiçin göstərişləri öz sözünü deyib. Məhz III hissədə təşəbbüsə yiyələnən “Telekom” setlər arasında fərqi minimuma endirib. 4-cü hissədə daha böyük fərqlə qalib gələn “rabitəçilər” matçı tay-brekə daşıyıb.

 

Həlledici setdə də qələbə qazanan “Telekom” bu dəfə də ən bahalı voleybolçuların cəmləşdiyi rəqibindən üstün olub. Ulduz oyunçusu olmayan klub Fransua Salvaqninin yetirmələrini ikinci dəfə məyus etməklə, gənclərlə də çempionluğa oynamağın yolunu göstərib.

 

Heyətində Azərbaycan millisinin perspektivli voleybolçuları cəmləşən “Azəryol” da daha təcrübəlilərin cəmləşdiyi “Azərreyl”i məğlub edib. Əvvəllər “bacı” olan, hazırda prinsipial rəqibə çevrilən klubların görüşündə "yolçəkənlər" 3:2 hesablı qələbəyə seviniblər.

 

Düzdü, “Azəryol” matçı 3 xalla da başa vura bilərdi. Onlar hətta ilk 2 hissədə rəqiblərinə heç bir şans belə verməyiblər. I seti 6 top irəlidə bitirən komanda ardınca 12 top fərqilə qalib gəlib.

 

Lakin III setdə Bülənt Karslıoğlu dəyişikliklər hesabına oyunda dönüş yarada bilib. Onlar hissələr arasındakı fərqi aradan qaldırsalar da, tay-brekdə məğlubiyyətdən qaça bilməyiblər. Bu dəfə 16:14 hesabı ilə qələbə qazanan “Azəryol” matçın hesabını müəyyənləşdirərək, rəqibindən güclü olduğunu bir daha ortaya qoyub.   

 

Beləliklə, bu günkü oyunlardan sonra “Telekom” vahid liderə çevrilib. Onlar “legionerlər komandası” “Lokomotiv”i 1 xal qabaqlayırlar. “Azəryol” isə layiqli oyun sayəsində 3-cü yeri ələ keçirib. Onların növbəti turda “Lokomotiv”i də qabaqlaması istisna deyil. 

 

30 noyabr

VI tur

“Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

"Gənclik” Olimpiya İdman Kompleksi

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

 

“Azərreyl” – “Azəryol” - 2:3 (19:25, 13:25, 25:21, 25:19, 14:16)

“Azərreyl” İdman Bazası

İlk dövrə: “Azərreyl” – “Azəryol” - 1:3 (25:27, 23:25, 25:15, 23:25)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

5

4

1

1

2

1

0

1

0

13-7

448-407

11

2

Lokomotiv

5

3

2

2

1

0

1

1

0

12-7

441-400

10

3

Azəryol

5

3

2

1

1

1

0

2

0

11-9

452-446

8

4

Azərreyl

5

2

3

1

1

0

1

1

1

9-10

427-401

7

5

Gənclik

3

1

2

1

0

0

0

0

2

3-6

186-204

3

6

Tbilisi

3

0

3

0

0

0

0

0

3

0-9

119-225

0

0